Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Borsunlu kəndində fərdi yaşayış evi yanan vətəndaşla görüşüb.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Borsunlu kəndində fərdi yaşayış evi yanan Əhmədov Eşqin Elçin oğlu ilə görüşdü, vətəndaşın sosial qayğıları ilə maraqlanıb. İcra Başçısı, fərdi yaşayış evinin bərpası ilə bağlı müvafiq köməkliyin göstərilməsi üçün, aidiyyəti məsul şəxslərə tapşırıqlarını və bununla bağlı, aparılacaq işləri öz nəzarətində saxlayacağını bildirdi.