Modern.az

Yevlaxa gələn Qarabağ ermənilərini bu şəxs təmsil edir - AD-SOYAD

Yevlaxa gələn Qarabağ ermənilərini bu şəxs təmsil edir - AD-SOYAD

مورد توجه

21 Sentyabr 2023, 10:46

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir. 

Modern.az saytı xəbər verir ki, görüşdə iştirak edən Qarabağ ermənilərinin 2 nəfər nümayəndəsindən birinin kimliyi dəqiqləşib. Belə ki, Xankəndidən Yevlaxa gələnlərdən biri Qarabağ separatçılarının sondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” adlı "fraksiyanın" rəhbəri Davit Melkumyandır.
 

Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı