Modern.az

Ərdoğanın “dördlü görüş” təklifinə hansı ölkə cavab verib?

Ərdoğanın “dördlü görüş” təklifinə hansı ölkə cavab verib?

Aktual

25 Sentyabr 2023, 15:10

Ankaranın Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında təklif etdiyi görüşün tarixi və yeri ilə bağlı hələ ki hər hansı məlumat yoxdur, onun reallaşması üçün bütün tərəflərin konsensusuna ehtiyac var.
 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
 

“Görüşün tarixini və yerini təyin etmək üçün ilk növbədə təklif etdiyimiz təşəbbüslə bağlı bütün tərəflərin konsensusa ehtiyacımız var. Hələlik məsələ təklif səviyyəsindədir, konkretlik yoxdur”, - deyə agentliyin həmsöhbəti bildirib.
 

Xatırladaq, Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin dördtərəfli görüşünün keçirilməsi təklifi ilə çıxış etdib.  Ankara hələlik bu təklifə hələ ki rəsmi cavab almayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı