Modern.az

Putin icazə versə, Sərkisyan sənəd imzalayacaq

Putin icazə versə, Sərkisyan sənəd imzalayacaq

مورد توجه

16 May 2015, 12:44

Rusiyanın “Exo Moskva” radiostansiyasının icmalçısı, siyasi xadim və publisist Andrey Piontkovski Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”proqramı çərçivəsində Riqada keçiriləcək sammitində Ermənistan prezidentinin iştirakına münasibət bildirib.

Modern.az-məlumatına görə politoloq Ermənistanın “168 jam” nəşrinə açıqlamasına zamanı bu barədə danışıb.    

Ekspertin sözlərinə görə Ermənistanla Avropa Birliyi arasında hər hansı sənədin imzalanması üçün Serj Sərkisyan Rusiya prezidenti Vladimir Putindən icazə almalıdır.  

“Ermənistan təəssüf ki, müstəqil siyasət yürütmək imkanından məhrum olub, onun yerinə bunu Moskva edir. Ona görə əgər Putin icazə versə, Sərksiyan hansısa sənədi imzalayacaq. Əgər icazə verməsə təbii ki, Vilnüs sammitində olduğu kimi Yerevan heç nəyə qol çəkməyəcək”.  

Piontkovskinin fikrincə, Kreml Ermənistanın xarici siyasətini müəyyən etdiyi üçün yaxın illərdə bu sahədə hansısa kardinal dəyişiklik gözləməyə dəyməz.

   

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı