Modern.az

Xamenei zənginləşdirilmiş uranla bağlı qadağa qoydu

Xamenei zənginləşdirilmiş uranla bağlı qadağa qoydu

Dünya

Bu gün, 09:47

Tehran və Vaşinqton hələlik razılığa gəlməyiblər, lakin tərəflər arasındakı ziddiyyətlər azalıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat yayıb.

“ABŞ ilə hələlik razılaşma yoxdur, amma fikir ayrılıqları azalıb”, - materialda deyilir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, mübahisəli məsələlər arasında uranın zənginləşdirilməsi və Tehranın Hörmüz boğazı üzərində nəzarəti qalır.

"Reuters" İranın ali rəhbəri Müctəba Xamenei tərəfindən zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına qadağa qoyulduğunu da bildirib. Qeyd olunub ki, radioaktiv maddənin ölkə xaricinə çıxarılması gələcəkdə İranın ABŞ və İsrail tərəfindən yeni hücumlara qarşı daha həssas olmasına səbəb ola bilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı