Ermənistan prezidenti Serj Sərkisyanın parlamentin vitse-spikeri Bahar Muradovaya göndərdiyi cavab məktubu məni xeyli təəccübləndirdi. Sərkisyanı tanımayanlar, yəqin ki, bu məktubu oxuyanda çox mütəəssir olacaqlar, onun "insanpərvərliyinə", "duyğusallığına", "humanizminə" qibtə edəcəklər: "Bir baxın, nə olar erməni olanda, azərbaycanlılarla düşmən olmasına baxmayaraq, necə də sülhpərvərdir, xalqlar arasında barışın olmasından yana lap pərvanəyə dönüb".
Amma çox təəssüflər olsun ki, bu belə deyil, ən azından onu yaxından tanıyanların fikirlərinə görə. Dediklərimin doğruluğunu sübut eləmək üçün məhz Sərkisyanın özünün yazdığı məktubundan sitat gətirirəm: "Mən sizin bəyanatınıza bir erməni və insan kimi reaksiya bildirməyə qərar verdim. Əminəm ki, əgər siz bizim xalqımızla yaxından tanış olan azərbaycanlılarla danışmağa başlasanız, onlar mütləq ermənilərin əslində necə olduğunu deyəcəklər. Mən başa düşürəm bu çətin məsələdir, cəhd edin, onların səmimi fikrini eşidin".
Cənab Sərkisyan, hər şeydən əvvəl, "erməni və insan kimi" sizi və təmsilçisi olduğunuz xalqınızı bütün dünyada tanıyırlar, dönük, etibarsız, terrorçu və qatil kimi. Azərbaycan da həmçinin, illərin qonşusu kimi iç üzünüzə bələdik. Ona görə də cildə girməyin, maskanızı çıxarın, saxta kövrəkliyi kənara tullayın, gözünüzü tüpürcəyinizlə islatmayın. Əgər tarixə ekskurs etməkdən xoşlanırsınızsa, onda buyurun, fransız Dümanın xalqınız haqqında yazdıqlarını yadınıza salın. Hiyləgər, yalançı, ikiüzlü, nə bilim nə olduğunuzu oxuyun Dümanın xatirələrindən. Bunu ki, Bahar xanım demir ki, gözünüzə qərəzli görünsün.
Elə bilməyin ki, Düma yazanlar keçmişdə qalıb, bu gün dünyanın sizin haqqınızdakı fikirləri müsbətə dəyişib. Əsla, faktlara müraciət edək. Çox uzağın söhbəti deyil, ötən ay rus şair-publisisti, "Ürəyin yaddaşı" şeirlər kitabının müəllifi Aleksandr Fomenkovun dediklərini sizə xatırladım: "Rusiya vətəndaşı və bir rus kimi ölkəmizin Ermənistanın terrorçuları və onları indiki rəhbərləri ilə bu cür sıx əlaqələrini özümə təhqir sayıram".
Məşhur rus yazıçısı-publisist Yuri Pompeev isə Qarabağ münaqişəsinin canlı şahidlərindən biri kimi qeyd edir ki, "Xocalıda azərbaycanlılara qarşı genosidi məhz Sarkisyan və Ohanyan (Ermənistanın müdafiə naziri) həyata keçirdilər".
Bəli, cənab Sərkisyan, Azərbaycanda sizi yaxşı tanıyırlar, buna şübhəniz olmasın. Sizi 1992-ci ildə Ermənistan Müdafiə nazirinin müavini olandan, Xocalı soyqırımına birbaşa rəhbərlik edəndən tanıyırıq. Həm də olduğunuz kimi tanıyırıq. Əsil kimliyinizi və nəyə qadir olduğunuzu Tomas de Vaala verdiyiniz müsahibədə daha yaxşı göstərmisiniz. Həmin müsahibədə utanıb qızarmadan, çox həyəsızcasına və birbaşa demişdiniz ki, "ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmırlar sterotipini məhz Xocalı hadisələri zamanı darmadağın etdilər".
Bu cür sərsəm sayıqlamalarınıza görə də, Dağlıq Qarabağın keçmiş hərbi komendantı general-mayor Aleksandr Volox Xocalı genosidini ermənilərin hərbi cinayəti kimi xarakterizə edir.
Belə nümunələr çoxdur, ötən il Moskvada Şuşanı qədim erməni şəhəri kimi təqdim edərkən yalançı göz yaşı tökməyiniz də yadımızdadır. Ancaq bunlar daha keçməz, Bahar xanıma da elə ütülü, eyhamlı cavab yazmısınız ki, guya Farizin ölümündən sarsılsanız da, bundan ermənilərin xəbəri yoxdur. Tanış ssenaridir, eynən Xocalıda olduğu kimi.
Qəribədir, Muradova sizin diqqətinizə 9 yaşlı Farizin erməni snyaperinin açdığı atəş nəticəsində öldürülməsini Ermənistanın aqressiv siyasətinin nümayişi olduğunu çatdırır. Sizə və arvadınıza səslənərək xalqınızı, millətinizi, gənclərinizi uşaqları öldürməkdən uzaq tutmağa çağırıb. Sizsə erməni bicliyi ilə öyüd-nəsihət dərsi keçməyə cəhd edirsiniz: "Biz bütün bu cavan insanların analarına cavab verməliyik. Birlikdə. Bu analar bizdən yalnız bir şeyi tələb edirlər - öz oğullarını".
Axı siz Soçidə söz vermişdiniz, heç üstündən gün ötməmiş Fariz sanayperinizin gülləsinə tuş gəldi. Mənə elə gəlir ki, yalançı həyəcanlarınıza və insanlığazidd davranışlarınıza görə, təkcə analara deyil, bütün dünyaya cavab verməli olacaqsınız, cocuq qatili Sərkisyan. Həmin günsə o qədər də uzaqda deyil...