Modern.az

Ad gününü qeyd edən Həmidə Ömərova vaxt qıtlığından şikayətçidir

Ad gününü qeyd edən Həmidə Ömərova vaxt qıtlığından şikayətçidir

تحصیلات

25 Aprel 2014, 13:27

Bu gün xalq artisti, aktrisa Həmidə Ömərovanın doğum günüdür. Modern.az-a danışan aktrisa doğum gününü çəkilişdə qeyd etdiyini dedi:

“Səhər gedib anamın qəbrini ziyarət etdim. Hazırda da ad günümü çəkilişdən qabaq “Bir ailəm var” serialının kollektivi ilə qeyd edirik, xoşbəxtəm. Allah qoysa, evə də gedəndə həyat yoldaşımla, oğlumla, yəni ailəvi keçirəcəyik”.

H. Ömərova son zamanlar filmlərə az çəkilməyindən də danışıb: “Filmlərə çox çəkilməməyimin səbəbini bilmirəm, bunu məndən soruşmayın. Şükürlər olsun ki, indi serial zamanıdır. Mən də çox izlənilən seriallardan birində çəkilirəm. Yaxşı bir film təklifi olsa, çəkilərəm. Dublyajda işləməyə isə vaxt ayıra bilmirəm. Mən AzTV-də çalışıram, İncəsənət Universitetində dərs deyirəm, seriala çəkilirəm. Ona görə dublyajda işləməyə vaxt qalmır”.

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı