
Mayın 25-də prezident seçkilərinin keçirilməsi Ukrayna üçün çox vacibdir, əks halda ölkədə xaos və vətəndaş müharibəsi qaçılmaz olacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu bu gün Fransa prezidenti Fransua Olland bəyan edib: “Əgər mayın 25-də seçki olmasa, Ukraynanı xaos və vətəndaş müharibəsi cənginə alacaq. Vətəndaş müharibəsindən yayınmaq üçün hər şeyi etmək lazımdır, ancaq belə münaqişə başlayanda nə zaman bitəcəyini heç vaxt bilmirsən”.