Modern.az

“Beşiktaş”ın ünlü futbolçusu xərçəng xəstəsi imiş

“Beşiktaş”ın ünlü futbolçusu xərçəng xəstəsi imiş

Təhsil

19 İyul 2010, 15:09

Bir vaxtlar Türkiyənin “Beşiktaş” klubunda çıxış edən ünlü fransız futbolçu Paskal Numanın sağlamlıqla bağlı ciddi problemləri var.   Modern.az-ın məlumatına görə, Paskal Numanın özü mətbuata xərçəng xəstəsi olduğunu açıqlayıb: “2003-cü ildə Parisdə bir dostumla basketbol oynayarkən boynumun dalından bir ağcaqanad dişlədi. Bir müddətdən sonra yara qolf topu boyda oldu. Həkimə getdim, əməliyyat edib nümunə götürdülər. Bir gecə qəflətən xəstəxanaya çağırdılar və xərçəng olduğumu söylədilər. Həkimə “canin cəhənnəmə” dedim. 8 ay radio-müalicə və kemoterapi aldım. Həkimlər bir daha futbol oynaya bilməyəcəyimi söylədilər. Müalicə müddətində qaşlarım töküldü. 20 kilo arıqladım. “Beşiktaş”a gəlib sənədləri imzalayanda xəstəliyimi bilirdilər. Kemoterapi bitdi, iki gün sonra da məşqə başladim. İlk məşqdə yalniz 5 dəqiqə qaça bildim. Hər məşqə çıxdığım gün “bu gün inşallah alti dəqiqə, sabah inşallah yeddi dəqiqə qaça bilərəm” deyərək ümidələnirdim. O bir dəqiqə oyunun taleyini də həll edir. Bütün 8 ay boyunca heç kimə xəsəliyimi demədim. Valideyinlərimə belə. İndi futbol oynamadığım üçün rahatliqla izah edə bilirəm. Hər 3 aydan bir analizlərimi verirəm. Həkim mənə “Avatar” adını qoyub. Çünki kemoterapiya müalicəsinin altı ayında Kiyevin “Dinamo” klubuna tarixi bir qol vurmuşdum”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı