Ukrayna ordusunda keçən il 13 əsgər intihar etmişdisə, bu ilin ötən dövründə həyatına qəsd edən hərbçilərin sayı 46-ya çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəhşətli göstəricini Ukrayna silahlı qüvvələrinin hərbi xidmət və hüquq qaydaları üzrə rəis vəzifəsini icra edən general-mayor İqor Kriştun açıqlayıb. Onun sözlərinə görə, 2014-cü ildə Ukrayna ordusu 860 hərbçisini itirib, onların 700-ü ölkənin Şərqində aparılan terror əleyhinə əməliyyatlarda həlak olublar.
Modern.az