
"HİV, bu təhlükəli xəstəliyə qarşı mübarizə bu gün dünyanın qarşısında dayanan bir saylı problemlərdən biridir. Odur ki, istər dünyada, istərsə də Azərbaycanda HİV-ə qarşı mübarizə cəmiyyətlə bir yedə və birgə aparılmalıdır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə dekabrın 4-də parlamendə keçirilən " İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr zamanı vitse-spiker Bahar Muradova deyib.
Onun sözlərinə görə, "HİV haqqında" sözügedən qanun dünyada model qanun kimi qəbul olunub və Azərbaycan bır sıra sahələrdə, məsələlərdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir.
B. Muradova eyni zamanda, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirərək qeyd edib ki, bu qurum nəinki adıçəkilən qanunun hazırlanmasında, eyni zamanda, parlament tərəfindən qəbul olunan qanunların real həyatda işləməsi, onlarda nöqsanların, boşluqların üzə çıxarılması, onların qanunyaradıcılığı prosesi gedişində nəzərə alınması, yeni çağırışların ortaya qoyulmasında MM-lə birgə fəal əməkdaşlıq edir və etməkdədir.
Vitse-spiker elə bu səbəbdən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə "HİV haqqında" qanunun monitorinqinə həsr olunmuş ictimai dinləmələrin parlamentin qanunyaradıcılığı prosesinə və bütövlükdə HİV-lə mübaizəyə öz müsbət töhfəsini verəcəyinə inandığını da vurğulayıb.
B. Muradova həmçinin, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti institutuları ilə parlamentin çıx əməkdaşlıq etdiyini və bunun da hər iki tərəfə müsbət təsir göstərdiyin söyləyib:
"Elə bugünkü ictimai dinləmələri də vətəndaş cəmiyyəti instututları ilə əməkdaşlıq yönünda növbəti uğurlu addım hesab edtmək olar. Onu da deyim ki, nəinki Sosial siyasət komitəsi, eləcə də digər komitələrin iştirakı və təşəbbüsü ilə tez-tez belə ictimai dinləmələr təşkili olunur ki, bunun da bütün tərəflər üçün böyük faydası var".
B. Muradova sonra sözügedən qanunun monitorinqi ilə maraqlanıb.
"Doğrudanmı, Azərbaycanda bütün HİV xəstələri qeydiyyata alınıb, doğrudanmı, onları bu xəstəliklə yaşamağa ruhlandıra bilirik, bunu bacarırıq, yoxsa, bunlar cəmiyyətin sərt təpkisi ilə qarşılanır, HİV xəstəliyinin daşıyıcıları özlərini cəmiyyətdən təcrid olunmuş hesab edirlər?.. Bu baxımdan, aparılan monitorinqin nəticələri çox maraqlıdır. Maraqlıdır ki, hansı nəticələr ortada var?.."-deyə, vitse-spiker daha sonra sözlərinə əlavə edib.
Modern.az