Modern.az

Sərkisyan qarşısında girovlar məsələsi qaldırılıb - RƏSMİ

Sərkisyan qarşısında girovlar məsələsi qaldırılıb - RƏSMİ

تحصیلات

16 Fevral 2015, 13:52


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qoşunların təmas xəttində atəşkəsin pozulmasından danışıb.

Modern.az xəbər verir ki, Elmar Məmmədyarov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Bakıda keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsin pozulması hallarından danışarkən Ermənistan ordusunun Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasını vurğulamalıdır.   “Erməni ordusu işğal altındakı torpaqlardan çıxdıqdan sonra atəşkəs pozulmayacaq və Cənubi Qafqazda sülh bərqərar olacaq” - deyə Elmar Məmmədyarov bildirib. Nazir qeyd edib ki, Minsk qrupu həmsədrləri Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. "Onlar özləri də başa düşür ki, böyük sülh sazişi üzərində işləməyin vaxtıdır" 

Azərbaycan XİN başçısı erməni girovluğunda olan azərbaycanlıların (Dilqəm Əsgərov və Şahbaz Quliyev) geri qaytarılması məsələsinə də toxunub.   “Girovların qaytarılması məsələsi  Ermənistanın prezidenti Serj Sərkisyanın qarşısında ən yüksək səviyyədə qoyulub. Onları girov saxlamaq üçün heç bir əsas yoxdur”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı