Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü azərbaycanlı iyulun 31-u gecə saat 00:30 radələrində “Ford Mondeo” markalı avtomobillə 19 yaşlı gənci vurub.
Kolomyajsk prospektində baş verən hadisə zamanı piyadanın yolu qadağan olunmuş yerdə keçmək istədiyi aydın olub.
46 yaşlı azərbaycanlı sürücü saxlanılıb və barəsində cinayət işi açılıb.