Rusiyanın Surqut şəhərində federal axtarışa verilmiş Azərbaycan vətəndaşı saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bakıdan Surquta “Yut 824” reysi ilə gələn 30 yaşlı vətəndaş Sərhəd Xidməti tərəfindən saxlanılıb.
“Pasport nəzarəti zamanı həmin şəxsin Rusiya Cinayət Məcəlləsinin 158.3-cü maddəsi ilə “külli miqdarda oğurluq” maddəsi ilə axtarışa verilib”.
Azərbaycan vətəndaşını 6 ilə qədər həbs cəzası gözləyir.