“Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova vəzifəsindən azad edilib.
Bu barədə Modern.az-a onun özü məlumat verib.
O bildirib ki, yaşıyla əlaqədar olaraq o artıq həmin vəzifəni icra etmir.
“Yaşımla əlaqədar artıq o vəzifədə deyiləm. 72 yaşlı pensiyaçıyam. Amma mətbuatçı kimi qalmışam. Hazırda istehsalat şöbəsinin müdiriyəm”.
Xatırladaq ki, Bəsti İsmayılova uzun illər Nəşriyyatın direktopr müavini səalhiyyətlərini icra edib.
Səkinə ƏLƏKBƏR