Modern.az

Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var

Hadisə

23 May 2020, 13:14

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Firqət İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib, F.İsgəndərov orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok