Modern.az

Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

Hadisə

14 İyun 2021, 18:54

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335196 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 328699 nəfər müalicə olunaraq sağalıb, 4955 nəfər vəfat edib, aktiv xəstə sayı 1542 nəfərdir.

Ölkədə son sutka ərzində 5074 hazırkı dövrədək isə 3627573 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir