Modern.az

Lerikdə faciəvi şəkildə ölən ailənin FOTOLARI

Lerikdə faciəvi şəkildə ölən ailənin FOTOLARI

Hadisə

24 Aprel 2023, 17:02

Ötən gün Lerik rayonunun Tikəband kəndində bir ailənin 4 üzvünün ölümünə səbəb olan bədbəxt hadisə baş verib. Belə ki, elektrik cərəyanının vurması nəticəsində 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı Zeynəb Mirzəyeva həyatlarını itiriblər. Onlar bir ailənin üzvləridir. 

 

Modern.az həmin şəxslərin fotolarını təqdim edir:

 

 

Fotoda: Sərnaz Tahirova

 

 

Fotoda: Şəfa Mirzəyeva və Almagül Tahirova

 

Qeyd edək ki, dünən Sərnaz Tahirovanın yaşadığı evdə su problemi yaranıb. Qadın yaşayış sahəsini su ilə təmin edən nasosun işləyib-işləmədiyini yoxlamaq istəyib. Bu zaman S.Tahirovanı elektrik cərəyanı vurub və o, su hovuzuna düşüb.

 

S. Tahirovanın illərdir yataq xəstəsi olan həyat yoldaşı Məhəmməd Tahirovu ziyarətə gələn qızı Almagül Tahirova həyətlərinə çatanda anasının hovuzda olduğunu görüb. Qadına yardım etmək üçün suya düşən A.Tahirovanı da “tok” vurub. Almagül Tahirovanın yanında olan nəvəsi ev istiqamətində qaçaraq Şəfa Mirzəyevanı çağırıb. Adıçəkilən qadın hovuza düşən şəxsləri xilas etmək istəyərkən onu və 10 yaşlı qızını cərəyan vuraraq öldürüb.

 

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok