Modern.az

Bir ailənin 3 üzvünü öldürən sürücüyə cinayət işi AÇILDI

Bir ailənin 3 üzvünü öldürən sürücüyə cinayət işi AÇILDI

Hadisə

29 May 2023, 10:00

Hövsanda bir ailənin 3 üzvünün ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, 1980-ci ildə təvəllüdlü Əliyəv Ayaz Vəli oğlu idarə etdiyi ‘’Nissan Tiida’’ markalı avtomobillə Hövsan qəsəbəsində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun övladı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub, nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü