Modern.az

31 yaşlı kişini öldürən şəxs tutuldu - YENİLƏNİB 

31 yaşlı kişini öldürən şəxs tutuldu - YENİLƏNİB 

Hadisə

31 May 2023, 20:49

Mayın 31-də saat 19:30 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini, 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

 

***

20:33

 

Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi