Azərbaycan Dillər Universitetinin (ADU) yataqxanasında hazırda 115 tələbə qalır.
Bu barədə Modern.az-a ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Zəhra Hüseynova məlumat verib.
O, yataqxanadakı cari vəziyyət, yaşayış şəraiti və aylıq ödəniş məbləği ilə bağlı sualları cavablandırıb.
Komitə sədrinin sözlərinə görə, aylıq ödəniş 30 manat təşkil edir. Ödənişə kommunal və internet xidməti də daxildir. Hazırda yataqxanada genişmiqyaslı təmir işləri aparılmır. Buna səbəb binanın bir hissəsində məcburi köçkünlərin məskunlaşmasıdır.
Bildirilib ki, məcburi köçkünlər öz daimi yaşayış yerlərinə tam köçürüldükdən sonra binanın vəziyyəti qiymətləndiriləcək və zərurət yarandıqda təmir-bərpa işlərinə başlanılacaq.
Gülbadam Cümşüdova