Modern.az

Kəlbəcərdə selin apardığı şəxsin meyiti tapıldı 

Kəlbəcərdə selin apardığı şəxsin meyiti tapıldı 

Hadisə

13 Aprel 2024, 00:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində bir nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir