Modern.az

FHN Səbaildəki yanğınla bağlı məlumat yaydı - VİDEO

FHN Səbaildəki yanğınla bağlı məlumat yaydı - VİDEO

Hadisə

13 Aprel 2024, 08:52

Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25m² sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5p.m. elektrik kabelləri əriyib.

 

Yaşayış binası yanğından mühafizə edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir