Modern.az

Naxçıvanda qəza - 3 nəfər yaralandı

Naxçıvanda qəza - 3 nəfər yaralandı

Hadisə

13 Aprel 2024, 09:30

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, hadisə zamanı iki avtomobil toqquşub və nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir