Modern.az

Kafedən çanta oğurlandı

Kafedən çanta oğurlandı

Hadisə

13 Aprel 2024, 10:34

Bakının Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çanta oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, bununla bağlı rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.

 

Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir