Modern.az

Şərurda maşın aşdı - Sürücü yaralandı

Şərurda maşın aşdı - Sürücü yaralandı

Hadisə

13 Aprel 2024, 12:00

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb. Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir