Modern.az

Evdə köməksiz qalan uşaqlar xilas edildi - VİDEO

Evdə köməksiz qalan uşaqlar xilas edildi - VİDEO

Hadisə

13 Aprel 2024, 12:54

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019 və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir