Məşhur “Çto?, Qde? Koqda?” verilişinin baş direktoru İqor Yakimenko döyülüb. Modern.az “Rosbalt” İA-ya istinadən bildirir ki, ötən şənbə onun idarə etdiyi “Mersedes” markalı maşın eyni markalı maşınla toqquşub. Bundan sonra sürücülər arasında mübahisə başlanıb. Mübahisə zamanı naməlum sürücü Yakimenkonun cənəsinə möhkəm zərbə ilə yumruq endirib. Bundan sonra o maşına minərək qaçıb aradan çıxıb. Zərbə nəticəsində burnu sınan verilişin baş direktorunu xəstəxanaya gətiriblər. Hadisə araşdırılır.