Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona xəstəxanaya yerləşdirlib. Maradonanın baş məşqçisi olduğu Birləşmiş Ərəb Əmrliklərinin Əl-Vasl komandası məşhur futbolçunun şiddətli qarın ağrısı şikayətiylə xəstəxanaya aparıldığını bəyan edib. Xəstəxanada aparılan müayinə nəticəsində Maradonanın böyrəyində daşların olduğu təsbit edilib. Maradonanın əməliyyat olunacağı gözlənilir.
Modern.az