st1:*{behavior:url(#ieooui) }
Amerikanın Arizona ştatındakı Tuskon şəhərində yaşayan Div Corc adlı köpək 1 metr boyu ilə Ginnesin Rekordlar kitabına düşüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Dunua cinsli itin 4 yaşı var, çəkisi isə 111 kiloqramdır. Burnundan quyruğuna qədər olan məsafə 2 metr 13 sm-dir. Ətrafdakılar Div Corca “At balası” deyirlər. Ginnesin mütəxəssisləri Div Corcu dünyada yaşayan ən uzun köpək hesab edir. Köpəyin sahibi Dave Nasser bildirib ki, Div Corc evdə özünə aid özəl yataqda yatır. Öncəki rekordun sahibi Qibson isimli itin isə ötən ilin avqustunda xərçəngdən öldüyü bildirilir.