Modern.az

Ermənistanda benzin niyə ucuzlaşdı? - Rusiya və İrandan...

Ermənistanda benzin niyə ucuzlaşdı? - Rusiya və İrandan...

6 Dekabr 2022, 09:32

Ermənistanda benzinin qiyməti bir ay ərzində 10% ucuzlaşıb. Əgər noyabrın 7-də “Premium” markalı benzinin 1 litri 500 dram (1,24 dollar), “Regular”ınkı isə 480 drama (1,19 dollar) satılırdısa, dekabrın 3-ndə “Premium” 450 drama (1,11 dollar),  “Regular” 430 drama (1,06 dollar) satılır.

Modern.az xəbər verir ki, “Amberd” tədqiqat mərkəzinin eksperti, iqtisadçı Narek Karapetyan “Sputnik Ermənistan”a müsahibəsində yanacağın qiymətinin bir neçə səbəbdən ucuzlaşdığını qeyd edib.
Deyib ki, buna ilk növbədə, dünya neft məhsulları bazarında tənəzzül təsir etdi: ilin əvvəlində neftin bir barreli 120-130 dollar, bu gün 70-80 dollardır.

İkincisi, Ermənistanda benzinin qiyməti erməni dramının dollara nisbətdə sabitləşməsi fonunda ucuzlaşır. Bundan başqa, Karapetyan Ermənistanın benzin bazarında rəqabət amilini də istisna etmir.

"Benzin bazarı hələ də təmərküzləşmiş bazar hesab olunur, hələ ki o qədər də rəqabətli deyil, lakin idxalçılar baxımından müəyyən müxtəliflik var. Baxmayaraq ki, bazarın böyük hissəsi cəmi 2-3 subyektin əlində cəmləşsə də, bir neçə "oyunçu" rəqabəti təmin edə bilir”.

İqtisadçı onu da hesab edir ki, Ermənistanda benzinin qiymətinin daha da ucuzlaşması tendensiyası yaxın gələcəkdə də davam edəcək.

Məsələ ondadır ki, Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar Ermənistanın maliyyə bazarında ciddi valyuta ehtiyatı formalaşıb və bu, dramın sabitliyini təmin edib. Ekspert əmindir ki, yaxın vaxtlarda təbii ki, dolların xaricə axması baş verməsə, dram hələ də həddindən artıq dəyərli mövqeyini qoruyub saxlayacaq.

Bundan əlavə, gələn ilin əvvəlində dünya bazarında iqtisadi fəallığın səngiməsi və hətta azalması proqnozlaşdırılır ki, bu da tələb və neft qiymətlərinə ciddi təsir göstərəcək.

Ekspert xatırladıb ki, bir neçə il əvvəl dünya bazarında neftin qiyməti təxminən indiki səviyyədə, dollar isə təxminən 480 dram olanda Ermənistanda benzin və dizel yanacağının qiyməti 400-450 dram arasında dəyişirdi. Bu gün dolların məzənnəsi 400 dram səviyyəsinə düşüb, lakin son ucuzlaşmanı nəzərə alsaq, benzinin qiyməti hələ də kifayət qədər yüksəkdir. Karapetyanın fikrincə, indiki şəraitdə yanacağın qiymətinin daha da aşağı düşəcəyini gözləmək məntiqli olardı.

Dekabrın 3-də Avropa İttifaqı Rusiya neftinə 60 dollar səviyyəsində yuxarı hədd tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiyanın nə barel üçün 60 dollardan, nə də tavan qiyməti təyin edən ölkələrə neft tədarük etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistana neft məhsullarının əsas tədarükçüləri Rusiya və İrandır.

Gömrük məlumatlarına görə, 2021-ci ildə Ermənistan Rusiya Federasiyasından 162 797 ton, 2022-ci ilin birinci yarısında isə 180 582 ton neft məhsulları idxal edib. 2021-ci ildə İrandan 54 055 ton, 2022-ci ilin birinci yarısında 26 954 ton idxal edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi