\"TikTok\" Avropaya 1.2 milyard investisiya qoyacaq 

\

8 Mart 2023, 21:05

Çinin "TikTok" videoservisi Avropada məlumat mərkəzlərinin tikintisinə 1,2 milyard avro sərmayə qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.

 

Şirkət regionda üç məlumat mərkəzi açacaq, onlardan ikisi İrlandiyada və biri Norveçdə yerləşəcək. Mərkəzlərə avropalı istifadəçilərdən məlumatların ötürülməsinə bu il başlanacaq.

 

"TikTok"un məlumatına görə, şirkətin məqsədi məlumatları istifadəçilərin yerləşdiyi bölgədə saxlamaq, şəxsi informasiyaların bölgədən kənara ötürülməsini minimuma endirməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 hərbçimizin əsir götürülməsi xəbəri... - Ermənilər nəyə hazırlaşır?