st1:*{behavior:url(#ieooui) }
Ginnesin rekordlar kitabına düşmüş dünyanın ən böyük hovuzu Çilinin Algarrabo şəhərində San Alfonso Del Mar kəndində yerləşir.
Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, 914 m uzunluğunda olan bu hovuz 8 hektarlıq ərazisini əhatə edir. Bu da təxmini 8 futbol meydançası böyüklüyündə deməkdir. Hovuzdakı suyun həcmi 250 min kub metr, onun dərinliyi isə 35 metrdir.
Qeyd edək ki, 2 milyard dollara başa gələn bu hovuz 5 ilə tikilib. İllik xərclərin isə 4 milyon dollar olduğu bildirilir.