Tünd şokolad yorğunluğu aradan qaldırır. Modern. az-ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, İngillətərinin “Hull “ universitetində və “Hull York” tibb məktəbində tünd şokoladın yorğunluq sindiromunu aradan qaldırması ilə bağlı araşdırma aparılıb və sübut olunub ki, şokolad yorğunluqdan azad olmaq üçün ən yaxşı vasitədir.
"Nutrition Journal" adlı tibb jurnalında yazılan araşdırmaya görə isə alimlər həddindən artıq yorğunluq hiss edən bir qrup xəstəni test edib, xəstələrə 8 həftə ərzində tünd şokolad veriblər, bir müddət fasilədən sonra isə onlaea kakao verilib.
Xəstələrdən gündə 3 dəfə olmaqla 15 qram şokolad yemələri tələb olunub. Araşdırmanın sonunda məlub olub ki, xəstələrin vəziyyətlərində xeyli irəliləyiş var.