Xəbər verdiyimiz kimi, iyulun 7-də Rusiya-Xorvatiya oyunu meydan sahiblərinin 3:4 hesablı məğlubiyyətilə yekunlaşıb. Nəticədə Xorvatiya Dünya Çempionatının yarımfinalına çıxıb, Rusiya isə mundialla vidalaşıb.
Modern.az xəbər verir ki, Xorvatiyanın qadın prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib.
O, oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib. Prezident eyni zamanda futbolçularla atılıb-düşərək, qələbə sevincini gizlətməyib..