Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Abdullayev Kazım Ənvər oğlu
Nurzadə Əli Qayıb oğlu
“Əməkdar artist”
Abdullayev Mətləb Fətəli oğlu
Babayeva Əminə Ağahüseyn qızı
Bəxtiyarov Rəşad Bəhram oğlu
Qarayev Elnar Cəfər oğlu.