“Adı “Sonuncu döyüş” olan filmin təqdimatı 1996-cı ildə olub. Amma şəxsi və kommersiya filmi olduğundan o, satışa çıxarılmayıb və bunu görə də bu film ümumiyyətlə yayımlanmayıb”. Bunu Modern.az-a açıqlamasında əməkdar artist, “Yeddi oğul istərəm” filmindəki Cəlal rolundan tanıdığımız Ənvər Həsənov deyib. Xatırladaq ki, o, “Sonuncu döyüş” filmində mərhum həyat yoldaşı Möminat Həsənova ilə birgə çəkilib.
Qeyd edək ki, “Kulis.az” saytına müsahibəsində kinoaktyor xanımı ilə üç filmə çəkildiyini qeyd edib. Onlardan axırıncısının kommersiya filmi olduğunu desə də, axırıncı kinolentin adını açıqlamayıb. Ə. Həsənov filmin efirə veriləcəyi vaxtın bəlli olmadığını da qeyd edib.
“1995-ci ildə çəkilən film öz müştərisini gözləyir. Alınandan sonra tamaşaçılara göstəriləcək. Ümumiyyətlə, Azərbaycanda ekranlara çıxarılmayan çoxlu film var, “Sonuncu döyüş” də onlardan biridir”.
Ənvər Həsənov bir çox filmdə rol alıb: “Yeddi oğul istərəm” (Cəlal), “Dərviş Parisi partladır” (Şahbaz bəy) və s. Möminat Həsənova isə daha çox “Qaçaq Nəbi” filmindəki Həcər rolu ilə tanınır.
Aqşin