Rusiyanın tanınmış televiziya jurnalisti, Azərbaycan əsilli İradə Zeynalova NTV kanalında işləyəcək.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, o, yaxın müddətə qədər Birinci kanalda həftəsonu proqramının aparıcısı olub.
Məlumata görə, Zeynalova yeni iş yerində də əvvəlkinə bənzər proqram yaradacaq.
İradə Zeynalova Birinci kanalda fəaliyyətə 2003-cü ildə müxbir kimi fəaliyyətə başlayıb. O, sonra Böyük Britaniya və İsraildəki büroların rəhbəri olub.
Jurnalist “Zaman” proqramının aparıcı kimi 2012-ci ildən işləməyə başlayıb. Bir ay əvvəl onu “Ekspert” jurnalının baş redaktoru Valeri Fadeev əvəzləyib.
Modern.az