Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini Nigar Əhmədova Mehbarə Nəcəfovanın adına tərtib edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kollecini bitirməsi barədə saxta diplomu Elqar Axundova 9000 dollara satdığına görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.