Tanınmış şair Murad Köhnəqala həbs edilib.
Modern.az saytı xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, Murad Köhnəqalanı birinci həyat yoldaşı aliment ödəmədiyi üçün Tovuz rayon Məhkəməsinə verib və məhkəmə şairin həbsi barədə qərar çıxarıb:
"Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs etdi. İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbləri ilə məhkəmə bu cür ədalətsizliyə, vicdansızlığa qərar verdi.
Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz".