"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya"nın Bakıya tam heyətlə gələcəyi gözlənilmir.
Modern.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Xuan Lopeteqinin hücum xəttində çıxış edən 5 futbolçunun hamısını paytaxtımıza gətirməyəcəyi bildirilir. Onun Nolito, Munir El-Haddadi, Çiçarito, Luk de Yonq və Munas Dabbura qarşıdakı görüşlərdə növbə ilə şans verəcəyi qeyd olunub.
Lopeteqinin sentyabrın 22-də İspaniya La Liqasında "Real"la görüş üçün aparıcı futbolçularını qoruyacağı iddia olunur. Bu səbəbdən o, Avroliqada "Qarabağ"la görüşdə bəzi oyunçularını uzaq Bakı səfərinə gətirməyəcək.
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı saat 20:55-də başlayacaq.