Erməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub.
Modern.az xəbər verir ki, hadisə dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub. Hadisə nəticəsində mərasim iştirakçılarından 3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.