Modern.az

Səfirliyimizin qarşısında Gəncədə həlak olanlar yad edildi

Səfirliyimizin qarşısında Gəncədə həlak olanlar yad edildi

Diaspor

18 Oktyabr 2020, 11:35

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olanların xatirəsi yad edilib.

 

Modern.az-ın verdiyi xəbərə görə, Britaniyada yaşayan icmamız, xüsusilə də məsum uşaqların Ermənistan tərəfindən hədəf alınmasına diqqət çəkmək üçün səfirliyin önünə oyuncaqlar qoyublar.

 

Bundan əlavə, “Gəncə üçün dua edək”, “Gəncə hücum altındadır”, “Erməni terroruna yox” kimi şüarlar da qaldırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi