Modern.az

“Facebook”un qurucusunun müflis elan olunması tələb edildi

“Facebook”un qurucusunun müflis elan olunması tələb edildi

11 Fevral 2021, 08:30

Moskva Arbitraj Məhkəməsinin saytında “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqin müflis elan edilməsi haqqında iş yayımlanıb.

 

Modern.az xəbər verir ki, “Moskovskiy Komsomolets” nəşrinin məlumatına əsasən, müvafiq tələblə bağlı məhkəmə işinə hakim Larisa Kravçukun sədrliyi ilə baxılacaq.

 

Hələlik, tələbin kimin tərəfindən irəli sürülməsi məlum deyil.

 

Qeyd edək ki, Mark Zukerberq dünyanın ən varlı şəxslərindən biridir. Onun sərvəti 100 milyard dolları ötür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok