Bu gün pandemiyadan sonra Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Komissiyadan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videoformatda 5 saatadək davam edən iclasda 155 müraciətə baxılıb:
"Ümumilikdə mindən çox məhbusdan müraciət daxil olub. Onların hamısına baxılması üçün iclasların hər həftə 2 dəfə keçirilməsi nəzərdə tutulub".