Ermənistanın eks-prezidenti, “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan növbədənkənar parlament seçkilərindəki məğlubiyyətini şərh edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, seçkilərin nəticəsini qəribə adlandırıb.
“Seçkilərin nəticələri qəribədir. Biz məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişik. Biz hələ deputat mandatlarını qəbul edib-etməmək barədə qərar verməmişik. Fikrimcə, mübarizə aparmaq üçün yeni imkanlar qazanmışıq”- deyə Koçaryan deyib.
O, küçə etirazları ilə yanaşı, parlamrntdə mübarizə aparmağı uğur formulu sayır.