Modern.az

26 yaşlı hərbçi nişanlısının evində öldü

26 yaşlı hərbçi nişanlısının evində öldü

Hadisə

31 Mart 2023, 17:31

Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

 

Məlumata görə, hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

 

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir