Modern.az

Özünü yandıran qazi, Gədəbəy olayı, Paşinyandan sensasion açıqlamalar – Modern.az-ın icmalı

Özünü yandıran qazi, Gədəbəy olayı, Paşinyandan sensasion açıqlamalar – Modern.az-ın icmalı

Aktual

21 İyun 2023, 09:48

İyunun 20-si Milli Məclisdə dərmanlarla bağlı aktiv müzakirə, müəllimlərin sertifikatlaşdırılması imtahanı, nəqliyyat sistemində yeni dəyişikliklər, qəbul imtahanının nəticələrinin açıqlanması, Nikol Paşinyanın sensasion açıqlamaları və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclasda iki mövzu müzakirə edilib. Deputat İlham Məmmədov xaricdən dərman idxalınnda ƏDV-dən aradan qaldırılmasını təklif edib. Digər təklif isə antibiotiklərin reseptlə verilməsi ilə bağlı olub. İclasda qeyd edilib ki, “Dərman vasitələri haqqında” Qanuna 4 yeni maddənin əlavə olunması, milli qanunvericiliyimizə 18 yeni anlayışın gətirilməsi, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur. Qanuna əlavə edilir ki, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənəcək və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan ediləcək.

 

Dünən müəllimlərin sertifikasiya imtahanı keçirilib. İmtahanda davamiyyət olduqca yüksək olub. Həmçinin, Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov bildirib ki, həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub. O bildirib ki, komissiya tərəfindən bir həkim mütəxəssis 6 aylıq əsaslarla monitorinqdən keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkim mütəxəssislərə həvəsləndirici və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici və əlavələri kəsiləcək”.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib. AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin sözlərinə görə, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək. "Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Həmçinin qeyd edilib ki, avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayıb. Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında sensasion faktlar açıqlayıb. "Müharibənin dayandırılması üçün ilk cəhd oktyabrın 7-də, mən Putinə ad gününü təbrik etmək üçün zəng edəndə oldu. Putin müharibəni dayandırmaq üçün səylərə vasitəçilik etmək istədiyini bildirdi. Şərtlərlə maraqlanaraq razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərt olmadan olmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev bundan imtina edib. Ertəsi gün Putin dedi ki, Əliyev bir şərt irəli sürür - Füzuli döyüşsüz təslim edilməlidir və erməni qüvvələri isə Araz boyu Xudafərin su anbarına çəkilməlidir ki, bura Azərbaycanın nəzarətində olsun, - Paşinyan deyib. O vurğulayıb ki, Şuşanın əldən çıxması dönüş nöqtəsi olub.

 

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb: "Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar". Paşinyan, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə 44 günlük müharibə zamanı 60 dəfə telefonla danışdığını deyib.

 

Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Toplantı Belarusun paytaxtı Minskdə keçirilib.

 

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayevlə görüşüb. Qeyd olunub ki, Tokayev alman həmkarı ilə siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

 

Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener həftəsonu keçiriləcək qurultayda partiyanın "Millət İttifaqı"ndan ayrıldığını elan edəcək. Bu barədə məşhur jurnalist İsmail Saymaz mənbələrinə istinadla məlumat verib. O qeyd edib ki, Akşener İYİ Partiyanın gələn il baş tutacaq bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını da açıqlayacaq.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

“Titanik”ə baxmağa gedən turistlər yoxa çıxdılar

Rusiya qəfil hücuma keçdi - GECƏ NƏLƏR OLUB...

Almaniya prezidenti Qazaxıstanda - Tokayevlə nələr müzakirə olundu?

Rusiyaya nifrət edən ölkələr - Siyahıda Ermənistan da var

Paşinyan müharibəni dayandırmaq üçün Putindən nə xahiş edib...

Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

Paşinyandan üçtərəfli bəyanat və müharibə ilə bağlı ŞOK AÇIQLAMA

Müəllimlərin sertifikasiya imtahanından FOTOLAR

Yaşlı müəllimlərlə bağlı ZİDDİYYƏT – Əvvəl istəmirdilər, indi imtahan tələb edirlər

Bayden, Putin və Belarusda nüvə silahı - Kim nə deyir?..

Naxçıvanın deputatları Fuad Nəcəflinin qəbulunda: Kim hansı problemi qaldırıb…

Naxçıvanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Mənim üçün çox ağır xəbər idi - Paşinyan Şuşanın azad olunmasından DANIŞDI

Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi - Baş nazir

Çavuşoğlunun bu görüntüsü diqqət çəkdi - VİDEO

Metroda telefonla ödəniş edə biləcəyik - YENİLİK

İmtahandan ilk çıxan müəllim - 35 dəqiqəyə 54 bal yığdı

Nazir müavinindən dərmanların qiyməti ilə bağlı ETİRAF: Bizdə bahadır

Qiymətlərin aşağı həddi məqsədəuyğun deyil - NAZİRLİK

Satıcı mənim kim olduğumu bilmədi - Nazir müavini

Avropa ölkəsində eynicinslilərin nikahı qanuniləşdirildi

Müəllimlərin imtahan həyəcanı: Sualları görənə qədər... - REPORTAJ

AYNA-dan daha bir innovativ həll - “BakıKart” mobil tətbiqi

Ermənistan ordusu sərhəddə yeni təxribata HAZIRLAŞIR

Azərbaycan müasir ölkədir, yoxsa?.. - SORĞU

Erməni təxribatının arxasında duran ölkələr - TURAN QORXUSU

“Rza” və “Milad”ın şəbəkəsinin daha 4 üzvü ələ keçdi

Qazi özünü niyə yandırıb? - İcra Hakimiyyətindən açıqlama

Ən yüksək balı onlar TOPLADI - ADLAR

Deputatlar Zülfüqar Hüseynzadə ilə bağlı xatirələrini BÖLÜŞDÜLƏR

Çox xoşbəxtəm, sevincdən danışa bilmirəm - I qrupun lideri 

Məni imtahana anam hazırlaşdırıb - Yüksək bal toplayan Nurlan

Qəbulda bütün sualları düzgün cavablandırdı: Özümə əmin idim...

IV qrupun birincisi: Situasiya suallarında səhvə yol verdim

Özümə güvənsəm də, imtahana ciddi hazırlaşırdım – 60 bal toplayan müəlllim

İmtahanda maksimum bal toplayan 57 yaşlı müəlllim: Gözlərimə inanmadım…

Dəhşətli cinayət: 20 yaşlı arvadını və 8 aylıq qızını öldürdü 

Gədəbəydəki insidentlə bağlı rəsmi AÇIQLAMA 

Whatsapp
Bizə yazın!
Keçid et