Modern.az

Başa düşdüm ki, biz həlledici məqama çatmışıq - Paşinyan detalları açıqladı

Başa düşdüm ki, biz həlledici məqama çatmışıq - Paşinyan detalları açıqladı

Qarabağ

20 İyun 2023, 12:28

"Üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

 

"Mən mətndə Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı heç bir müddəa olmaması şərti ilə bu mövzuda danışıqlara başlamağa razı oldum. O cümlədən Ağdam təslim etməyi təklif etdim. Başa düşdüm ki, biz həlledici məqama çatmışıq, Şuşanı qoruya bilsək, bu, dönüş nöqtəsidir. Müdafiə edə bilməsək, yenə dönüş nöqtəsidir", - o əlavə edib.

 

"Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar", - Paşinyan açıqlayıb.

Bu xəbər ilə bağlı
Mənim üçün çox ağır xəbər idi - Paşinyan Şuşanın azad olunmasından DANIŞDI
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi