Modern.az

ABŞ İrana birbaşa hücum edəcək? - Bayden təzyiq altındadır

ABŞ İrana birbaşa hücum edəcək? - Bayden təzyiq altındadır

Analitika

30 Yanvar 2024, 09:00

Ekspertlər İranın dəstəklədiyi qüvvələrin bazar günü ABŞ bazasına hücumunu yeni eskalasiya kimi şərh edir. 

 

Modern.az-ın məlumatına görə, hücum nəticəsində İsrail-HƏMAS müharibəsinin başlamasından bu yana ilk dəfə amerikalı hərbçilər həlak olub.

 

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, Birləşmiş Ştatlar İranla və ya regionda daha genişmiqyaslı müharibə istəmir. "Amma biz üzərimizə düşəni etməliyik”, - o qeyd edib.

 

İran hücumda heç bir rolunun olmadığını bildirib. Bayden əvvəllər İranın dəstəklədiyi qruplara zərbələr endirməyi tapşırsa da, ABŞ indiyədək İrana birbaşa zərbə vurmayıb.

 

“Prezident və mən ABŞ qüvvələrinə hücumlara dözməyəcəyik, ABŞ və qoşunlarımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik”, - Pentaqon rəhbəri Lloyd Ostin belə deyir.

 

Bayden administrasiyası daha geniş bir müharibəyə səbəb olmadan hərbi bazaya hücuma sərt cavab vermək üçün təzyiq altındadır.

Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əl Tani Vaşinqtondakı araşdırma mərkəzinə deyib ki, ABŞ-ın cavab tədbirlərinin HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı yeni razılaşma yolunda irəliləyişi azaltmayacağına ümid edir.

 

"ABŞ-ın potensial cavab tədbirləri mütləq regional təhlükəsizliyə təsir edəcək və ümid edirik ki, hər şey cilovlanacaq”, - o qeyd edib.

 

Qeyd edək ki, ABŞ girovların azad edilməsi prosesinə də dəstək verir.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bazar günü Parisdə Misir və İsrail kəşfiyyatış qurumlarının rəhbərləri ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfindən girov götürülən israillilərin azad edilməsi müzakirə olunub. İsrail, Qətər və ABŞ görüşün konstruktiv olduğunu bildirib.

 

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Paris danışıqları Qətərin vasitəçiliyi ilə danışıqlar prosesinin bərpa olunacağına ümid yaradır. Bundan əvvəl eyni formatda danışıqlar 100 girovun azad edilməsi və on günlük atəşkəsə gətirib çıxarmışdı.

 

Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuat konfransında deyib ki, Parisdə mümkün ikinci saziş üçün hazırlanmış çərçivə güclü və məcburedicidir: "Bu, prosesə yenidən qayıda biləcəyimizə ümid verir”.

 

HƏMAS bazar ertəsi bir daha bəyan edib ki, daha çox girovun azad edilməsi üçün əvvəlcə İsrail Qəzzaya hücumu dayandırmalı və Qəzza zolağından çıxmalıdır. İsrail HƏMAS-ın kökünü kəsənə qədər mübarizə aparacağını bildirir.

 

CNN bildirir ki, bəzi Respublikaçılar oktyabr ayından bəri Suriya və İraqda 160-a yaxın hədəfə hücum edərək 120-yə yaxın ABŞ hərbçisinin yaralanmasına səbəb olan İrana qarşı birbaşa hücum etməyə çağırırlar. Mənbələr qeyd edir ki, Bayden administrasiyası İraq, Suriya və ya hər iki ölkədəki İran silahlı qruplaşmalarına zərbələr endirməyi düşünür. CNN mənbələrə istinadən yazır ki, ABŞ-ın İordaniyadakı hərbi bazaya hücuma cavabı İraq və Suriyadakı əvvəlki cavab hücumlarından daha güclü ola bilər. Bildirilir ki, Pentaqon və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok